Qadınların olduğu avtomobil aşdı: ölən var

qeza-mashinQəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir

Bakı-Quba yolunda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, magistralın 53-cü kilometrliyində, Xızı rayonu ərazisində 1979-cu il təvəllüdlü Həsənova Lalə Həsən qızının sürdüyü “Chevrolet-Aveo” aşıb. Nəticədə sürücü xəsarət alıb, avtomobildə olan sərnişin, 1986-cı il təvəllüdlü Abdullayeva Nazlı Vəli qızı isə aldığı xəsarətlərdən keçinib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb.

Qəzaya səbəb kimi, sürücünün idarəetməni itirməsi göstərilir.