Rusiya təyyarəsi 100 minlik raketlə vurulub FOTO VİDEO

Türkiyə qırıcıları ölkənin hava sərhədini pozan Rusiyanın SU-24 bombardımançı təyyarəsini dəyəri 100 min dollar olan raketlə vurub.

Bu barədə Türkiyə KİV məlumat verir. Məlumata görə, F-16-ların istifadə etdiyi “AIM-9X Sidewinder” raketidir. Bu raket Türkiyə Hava Qüvvələrinin arsenalına ilk dəfə 1960-cı illərdə daxil edilib. O vaxt F-5A və F-104G qırıcılarında istifadə olunub. Daha sonra raketin inkişaf etdirilmiş modelləri arsenala daxil olub.

Hazırda F-16 qırıcılarında Sidewinder-in ən son və daha da təkmilləşdirilmiş modeli istifadə olunur. Bu, “ölümcül raket” adı verilən AIM-9X modelidir. Bu modelin üstün xüsusiyyəti onun istiliyə daha həssas reaksiya verərək, hədəfi daha dəqiq müəyyən etməsidir. Raket həm qısa, həm də orta dalğada yayılan istiliyi müəyyən edə bilir.

85 kilo ağırlığı olan raketlərin birinin qiyməti təxminən 100 min dollardır. Hava-hava tipli qısa mənzilli (26 kilometr) raketdir.

azadlıq.info