Partiya sədri müavininin qardaşı göyərçin oğurluğunda tutuldu

orxudanli goyercinAbşeron rayonunda 44 yaşlı göyərçin oğrusu tutulub. APA TV-nin məlumatına görə, rayon sakini Muradxan Orduxan oğlu Orduxanovın özü də həyətyanı sahəsində ev quşları saxlayır.

Muradxan Orduxanov qonşuluqdakı həyətlərdən birində də ev quşlarının saxlanıldığını görüb və həmin quşları oğurlamaq qərarına gəlib: “Təxminən bir həftə əvvəl görürdüm. Qəşəng quşları var idi. Gecə qapını qırdım, yığdım kisəyə, gətirdim. 39 dənə göyərçin idi. Deyəsən, polisə müraciət eləmişdi. Sonra məndən soruşdu, dedim məndədir quşlar. Dedi qaytar, mən də qaytardım”.

Zərərçəkmiş Abşeron polisinə müraciət edərək həyətinə qanunsuz daxil olan Muradxan Orduxanovdan şikayətçi olub. Qonşunun ərizəsi əsasında yaxalanan Muradxan tutduğu əməldən peşman olduğunu bildirib. Saxlanılan şəxs barəsində Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırma aparılır.

Qedy edək ki, həbs edilən şəxs BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının qardaşıdır.