Türkiyə Xarici İşlər Nazirliyinin spikeri Tanju Bilgiçin xarici işlər naziri Mevlud Çavuşoğlu ilə Rusiya xarici işlər naziri Sergey Lavrovun qarşıdakı günlərdə görüşəcəyi haqda verdiyi açıqlama, rəsmi Kremlin etirazına səbəb olub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Ankaranın nazirlərin görüşəcəyi haqda açıqlamasına belə reaksiya verib:
“Bü cür açıqlamalar sıradan etika və hörmət anlayışının olmadığını ortaya qoyur. İki nazir arasında baş tutan telefon danışığında, görüşlə bağlı heç bir razılaşma olmayıb”, deyə Zaxarova bildirib.
azadliq.info