“Türkiyə özünü müdafiə edib”

merkelAlmaniya kansleri Angela Merkel iki gündür dünya gündəmini zəbt edən Türkiyə və Rusiya arasında yaşanan gərginliyə münasibət bildirib. Merkel də digər Avropa rəsmiləri kimi, olayı Türkiyənin özünü müdafiəsi kimi dəyərləndirib. Kansler eyni zamanda, baş verən hadisənin vəziyyəti gərginləşdirdiyini də vurğulayıb:

“Şübhəsiz ki, Türkiyə tərəfindən Rusiya təyyarəsinin vurulması vəziyyəti ağırlaşdırdı. Gərginliyin olmaması üçün əlimizdən gələni etməliyik. Əlbəttə, hər ölkənin öz sərhədlərini qorumaq hüququ var”,- deyə Merkel bildirib.

Merkel dünən axşam baş nazir Əhməd Davudoğlu ilə telefonla danışdığını, gərginliyin aradan qaldırılması üçün əldən gələnin edilməsini xahiş etdiyini bildirib.

azadliq.info