erdogan-obama-2013may

Ərdoğan Obama ilə “təyyarə böhranını” müzakirə etdi

erdogan-obama-2013mayTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama Suriya-Türkiyə sərhədini pozan Rusiya hərbi təyyarəsinin vurulmasını müzakirə ediblər. İki ölkə prezidenti arasında telefon danışığı noyabrın 24-ü axşam baş tutub.

Obama deyib ki, ABŞ və NATO Türkiyənin milli təhlükəsizliyini qoruma haqqını müdafiə edir.

Prezidentlər oxşar hadisənin təkrarlanmasın imkan verməmək, gərginliyi azaltmaq və Suriyada siyasi keçidi təmin etmək üçün İŞİD-ə qarşı birgə mübarizəni davam etdirməyin zəruriliyi məsələlərində eyni mövqedə olduqlarını ifadə ediblər.

azadliq.info