Yanukoviçin məmurlarının bank hesabları donduruldu

yanukovic-2014Ukrayna Baş Prokurorluğu ölkənin keçmiş məmurlarına məxsus hesablardakı vəsaiti açıqlayıb. Ukrayna mətbuatı xəbər verir ki, prokurorluq keçmiş prezident Viktor Yanukoviçin məmurlarının hesabında 250 milyon dollar olduğunu bildirib. Artıq bu hesabların hamısı dondurulub.

Prokurorluqdan onu da bildiriblər ki, hesabı dondurulanlar arasında keçmiş baş nazir Azarov, keçmiş nazir Klimenko, keçmiş deputat Ivanyuşenko da var. Yanukoviçin oğlu Aleksandrın isə “Mako” şirkətindəki 2,5 milyonluqÿsəhmləri dondurulub.