Parisdə zibil qutusundan partlayıcı tapıldı

parisFransanın paytaxtı Parisdə təmizlik işçiləri tərəfindən zibil qutusundan üzərində partlayıcılar olan kəmər tapılıb. Aşkarlanan partlayıcının Paris terrorunda istifadə olunan patlayıcılara bənzədiyi bildirilir. Səlahiyyətlilər, polis tərəfindən axtarılan Paris terrorunun təşkilatçılarından olan Salah Abdeslamın bölgədə olduğuna dair məlumatlar alındığını bildiriblər. Digər məlumatda, Salah Abdeslamın üzərində olan patlayıcıyı qurğunu partlatmaqdan imtina etdiyi iddia olunur. Hazırda Fransa və Belçika polisi Salah Abdeslamın axtarışını davam etdirir.

 

 

azadliq.info