Dövlət katibinin müavini Milli Şura lideriləri ilə görüşdü

abs bricitBu gün  ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brink AXCP sədri Əli Kərimli və Milli Şura sədri Cəmil Həsənli ilə görüşüb.

AXCP sədrindən aldığımız məlumata görə, görüşdə əsasən siyasi məhbuslarla bağlı, xüsusən də həyatına təhlükə yaranmış Leyla Yunusla bağlı   vəziyyət və ABŞ-Azərbaycan münasibətlərinin geniş spektri müzakirə olunub. “Görüşdə mövcud vəziyyət, xüsusilə siyasi məhbuslarla bağlı durum, seçkilərin saxtalaşdırılması, siyasi müxalifətə qarşı, o cümlədən AXCP-yə qarşı olan təzyiqlər, azad mətbuata basqı, vətəndaş cəmiyyətinin sıradan çıxarılması təşəbbüsləri, Azərbaycan-ABŞ münasibətləri, ölkədə demokratiya və azadlıqların genişləndirilməsi uğrunda mübarizənin perspektivləri ilə bağlı ətraflı fikir  mübadiləsi oldu”-deyə Əli Kərimli bildirdi.