Suriya, İran və Rusiyanın türkmənlərin yaşadığı bölgəyə hücumları davam edir. Son məlumatlara görə, Bayırbucaq bölgəsində yerləşən Türkmən dağının ən strateji nöqtəsi olan Qızıldağın tamamilə hökumət qüvvələrinin nəzarətinə keçdiyi bildirilir.
Türkmən komandirlərindən Abu Fadıl, (Əhməd Alban) Qızıldağın Əsəd qüvvələrinin əlinə keçməsini türkmənlərin yaşadığı bütün bölgə üçün böyük təhdid olduğunu bildirib.
Rusiya təyyarələrinin Əsəd qüvvələrinə böyük dəstək verdiyini deyən Abu Fadıl, qurudan isə İran silahlılarının tank və top atəşinə məruz qaldığlarını açıqlayıb:
“Son dörd gündə Türkmən dağına az qala hər 10 metrdən bir bomba düşür. Təyyarədən, gəmidən və qurudan mərmi yağır. Rus və Əsəd təyyarələri gecə-gündüz hücumdadır. Dünən axşam rejim Qızıldağı işğal edə bildir. Qızıldağ çox strateji bir nöqtədir. Bu yerin rejimin əlinə keçməsi, bizim üçün çox böyük təhlükədir. Dəstək gəlməsə, həyat da, hərbi hərəkətimiz də dayanacaq”.
https://www.youtube.com/watch?v=oD7xkGLajaI&feature=youtu.be
azadliq.info