Metroda olay: qatar yenə yolda qaldı

metro-adamlar-yeniBakı metrosunda gecikmə baş verib.

Bu barədə “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

N. Paşayevin sözlərinə görə, Həzi Aslanov-Dərnəgül istiqaməti üzrə hərəkət edən 42 saylı marşrut qatarında 09:16-da Nəriman Nərimanov metro stansiyasında olarkən nasazlıq olub: “Məhz həmin qatarda olan nasazlığa görə, onun ardı ilə gələn qatarlarda gecikmə olub. Sadəcə bir qatarda, Həzi Aslanov – İçərişəhər istiqaməti üzrə hərəkət edən 15 saylı marşrutda Ulduz – Nəriman Nərimanov stansiyaları arasında tuneldə qalıb.

Qurum rəsmisi bildirib ki, artıq problem aradan qaldırılıb hərəkət bərpa olunub.