Bakıda polisi namus üstündə güllələdilər

silahBakının Xəzər rayonunda odlu silahdan açılan atəşlə polisi qətlə yetirən şəxs barəsində cinayət işi açılıb.

Bunu Trend-ə açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. Onun sözlərinə görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, ötən həftənin şənbə günü Xəzər rayonunun Qala qəsəbəsində yaşayan İ.Bəbirov öz evində Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı polis serjantı Malik Musa oğlu Muradovu ov tüfəngi ilə güllələyib. İ.Bəbirov bununla yanaşı evdə olan Nicat Canbala oğlu Şəbiyevi də bıçaqlayaraq hadisə yerindən qaçıb. Lakin Xəzər Rayon Polis İdarəsinin keçirdiyi əməliyyat nəticəsində o saxlanılıb. İlkin araşdırmalara əsasən cinayətin qısqanclıq zəmnində baş verdiyi bildirilir.

***

Bakıda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.

Xəzər Rayon Prokurorluğundan virtualaz.org-a bildiriblər ki, insident zamanı güllələnərək qətlə yetirilən Malik Muradov polis işçisidir. O, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı olub.

***

Bakıda silahlı insident olub.

APA-nın məlumatına görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.

1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov aralarında yaranmış mübahisə zəminində 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib.

İ. Bəbirov daha sonra 1990-cı il təvəllüdlü Nicat Canbala oğlu Şəbiyevi bıçaqlayıb. N. Şəbiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Bəbirov tutulub.

İlkin məlumata görə, hadisə namus üstündə baş verib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.