Avstraliyanın keçmiş baş naziri Tony Abbottın ardından bu ölkənin keçmiş müdafiə naziri Kevin Andrevs da Suriyaya əsgər göndərməsi üçün hökumətə müraciət edib.
Avstraliya Federal Parlamentində ölkənin təhlükəsizliyi ilə bağlı təşkil olunan xüsusi iclasda, Andrevs IŞİD-in Suriyada məğlubiyyətə uğradılması üçün bu ölkəyə əsgər göndərilməsinin vacib olduğunu bildirib:
“Avstraliya bu mövzuda daha bir il itirməməlidir. Suriya mövzusunda dəqiq bir strategiya və dayanıqlılıq nümayiş etdirməliyik”.
azadliq.info