Avropa Birliyi Şurası tədbirlərini ləğv etdi

ankara-terrorAvropa Birliyi Şurası, Belçikanın paytaxtı Brüsseldə yaşanan terror təhlükəsi ilə bağlı bugünki proqramların böyük əksəriyyətini ləğv edib.

Təhsil və Gənclik Şurası ilə Avro Bölgəsi maliyyə nazirləri toplantısının isə planlaşdırıldığı saatda keçiriləcəyi bildirilir.

Brüssel polisi, şəhər mərkəzində davam edən əməliyyatlarla əlaqədar tweet atmamaları üçün jurnalistlərə çağırış edib. Terror təhdidinin ən yüksək səviyyədə olduğu Brüsseldə polis bəzi küçələri bağlayıb.

 

azadliq.info