10 il kansler vəzifəsində: Angela Merkelin imici və mahiyyəti

merkel10 ildir Almaniya hökumətinə başçılıq edən Angla Merkel üçün həyacan yad hissdir. O qərarları tələsmədən qəbul etməyə üstünlük verir, ancaq böhranlı situasiyada seçdiyi yola sərt şəkildə əməl edir.

Bəzən rəqiblərinə və həmkarlarına sürprizlər edir. Məsələn, 2015-ci ilin yayında Yaxın Şərqdən, Afrikadan, Balkanlardan Almaniyaya qaçqın axını olanda digərləri sərhədləri necə bağlamaq barədə düşünəndə Merkel hər kəsi bəyanatı ilə təəcübləndirdi: “Sığınacaq hüququnun həddi yoxdu”. Praqmatik Merkel bütün gözləntilərin əksinə olaraq mənəviyyat tələblərindən çıxış edərək qərar verdi. İndi sual yaranır: o nə etdiyini anlayırmı?

Angela Merkel çətin dövrdə hökumətə rəhbərlik edir. Qaçqınlarla bağlı durum onun üçün ən böyük çağırışdır. Bunun arınca isə terror aktı baş verir. Onun Paris terroruna reaksiyası: “Biz bilirik ki, bizim azad həyatımız hər hansı terrordan güclüdür. Gəlin terrorçulara belə cavab verək – bundan sobra da öz dəyərlərimizə uyğun yaşayaq və Avropada bu dəyərləri əvvəlkindən daha da güclü şəkildə möhkəmləndirək”.

Onun karyerasında belə çağırışlar çox olub. 2013-cü ildə Putin Sankt-Peterburqda onun üçün siyasi tələ qurmuşdu: razılığa baxmayaraq Merkelin sərgidə nəzərdə tutulan çıxışını ləğv etmişdi. Bu həqarət idi. Cavabında Merkel səfəri yarımçıq saxlayacağı ilə hədələdi. İntriqan rüsvay oldu. Digər situasiyalarda da Merkel aldanmayıb.

Merkelin uğurunun resepti: susmaq, müşahidə etmək və qərarı təxirə salmaq

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin almanları izləməsi ilə bağlı qalmaqalda Merkel tamamilə fərqli hərəkət etdiş onun ilk reaksiyası məşhur “dostları dinləmək olmaz” ifadəsi idi. Sonra xeyli müddət cavabdan yayındı və qalmaqalın sakitləşməsini gözlədi. Tənqidçilər belə siyasəti “merkellik” adlandırır. Bəziləri buna görə onu tərifləyir, bəziləri pisləyir. Tarixçi Edqar Volfrum iddia edir ki, Merkel bütün mübahisəli məsələləri ləngitməyi və hay-küysüz həll etməyi bacarır.

Zərurət yarandıqda Merkel inadkarlıqla öz xəttini yürüdür. Avronu xilas etmək üçün o borc çuxuruna düşən Yunanıstanda sərt qənaət iqtisadiyyatına keçməyi tələb edirdi. əvvəl islahat – sonra kredit. Buna görə hətta yunanlar qəzetlərində onun nasist formasında təsvir edirdilər. Ancaq ümumilikdə dünya ictimaiyyəti onu dəstəklədi.

Praqmatiklik hər şeydən üstündür

Müharibədən sonra Almaniyada bəlkə də Merkel qədər lazımınca dəyərləndirilməyən siyasətçi olmayıb. Pastoq qızıdır, lakin missonerliyə meylli deyil. Onun üçün praqmatikilik hər şeydən üstündür.

Əgər fikri köhlənibsə, ona yenidn baxa bilər. Verdiyi qərarlar reytinqinə mənfi təsir etmir.

Siyasətə gec və təsadüf nəticəsində gəlib

Angela Merkel keçmiş ADR-də böyüyüb. Xüsusi siyasi fəallıq göstərməyib. Almaniya birləşəndə Merkelin 35 yaşı var idi. Həmin vaxt Xristian Demokratik İttifaqa üzv oldu. Hər zaman zəhmətkeş olan Merkeldə şöhrətpərəstlik də baş qaldırır. O zamankı kansler Helmut Kol onu görüb və işə cəlb edir.

1994-cü ildə Kol hökumətində ətraf mühitin mühafizəsi və nüvə təhlükəsizliyi naziri postunu tutur.

Karyerasının yalnız son fəsli yazılmayıb

1998-c ildə Kol seçkiləri uduzana qədər Merkel ona qarşı tam loyal olub. Xristian Demokrat İttifaqı çətin durumda olanda Merkel özü üçün şans gördü. XDİ-nın baş katibi təyin edilən Merkel partiya rəhbərliyinin devrilməyində də əsas rol oynayıb.

2000-ci ildə Merkel XDİ-nın sədri, 2005-ci ildə isə kansler oldu. Siyasi rəqibləri onun üçün deyirdi: “Merkelin yolu kişi siyasətçilərin meyidləri ilə doludur”. Ancaq seçicilərin böyük hörmətini qazana bilib. Onlar qlobal maliyyə böhranı zamanı Merkelin vədini unutmayıb: “Sizin bank hesablarınızı zəmanətlə qorunur”. Kansler vədinə əməl etdi.

Yalnız son həftələrdə reytinqi bir qədər aşağı düşüb. Səbəb – qaçqınlara göstərdiyi “siyasi qonaqvərvərliyidir”. Ancaq Merkel bu məsələnin öhdəsindən gələcəklərinə əmin edir. Bunun öhəsindən gələ biləcəkmi, yoxsa almanlar bunu istəməyəcək? Merkelin kansler postunu necə tərk edəcəyi də bundan asılıdır.

Fizzə