Türkmənlərin yaşadığı Bayırbucaq bölgəsini hədəf alan Suriya qoşunları Türkiyə ərazisini atəşə tutub. Məlumata görə, Suriyadan atılan iki top mərmisi Türkiyənin Hatay bölgəsinə düşüb. Top mərmiləri Hatayın Qızılçat məhəlləsində boş əraziyə düşüb. Sərhəddəki hərbi birliklərin adekvat cavab verdiyi bildirilir.
azadliq.info