Rusiya-Əsəd-İran ittifaqı türkmən elini viran qoyur VİDEO FOTO

https://www.youtube.com/watch?v=uhwvy5Qzi6I&feature=youtu.be

Suriyada bir neçə gündür hücumlara məruz qalan Türkmən dağı müqavimətini davam etdirir. 15 gündür Bayır Bucaq bölgəsinə hücum edən Rusiya, Əsəd və İran qüvvələri türkmənlərin yaşadığı bölgədə nəzarəti ələ keçirməyə çalışır. Bununla da 25 min türkmən qətliyam təhlükəsi ilə üz-üzə qalıb.

***

Son məlumatlara görə, İran, Rusiya və Əsəd qüvvələri tərəfindən işğal olunmuş Zahidə dağı türkmən döyüşçülər trəfindən geri alınıb. Hazırda türkmən döyüşçülər Türkiyə sərhədinə gələrək həyat yoldaşlarını və uşaqlarını təhlükəsiz yerlə təmin etdikdən sonra döyüşmək üçün bölgəyə geri dönür.

***

Bu gün Baş nazir Əhməd Davudoğlu başçılığı altında Suriya mövzusu ilə bağlı təhlükəsizlik konfransı keçirilib. Davudoğlu konfransında müzakirə olunan mövzularla bağlı bildirib:
“Türkiyəyə dönük hər hansı bir təhdid olarsa, gərəkən addımlar atılacaq. Türkmənlərin hücuma məruz qalmaması üçün hər cür dəstək verəcəyik. Suriyalı olmayan hər kəs, Suriyadakı döyüşçüdür. Türkiyə lazım olan tədbirlər görür”,- deyə Davudoğlu bildirib.

Çankaya Köşkündə keçirilən yığıncaq mətbuata bağlı olub. Yığıncağa baş qərargah rəisi general Hulusi Akar, xarici işlər naziri Feridun Sinirlioğlu, daxili işlər naziri Selami Altınok, jandarma komandiri general Qalib Mendi, baş qərargah hərəkat başçısı general-leytenant Bahadır Kosa, baş nazirin müşaviri Kamal Madenoğlu, MİT məsləhətçisi Hakan Fidan, MİT Müsteşar müavini İsmail Hakkı Musa ilə AK Partiya İstanbul Millət vəkili Əli Sarıkaya qatılıb.

***

BBP Mustafa Destici: Rusiya təyyarələri mənim türkmən qardaşlarımı bombalayırsa, mənim təyyarələrim nə işə yarayır?”

https://www.youtube.com/watch?v=iMslrbVpjuE

https://www.youtube.com/watch?v=OSC9rfOBdb4&feature=youtu.be

Suriyada Bayır Bucaq  bölgəsində şiddətli döyüşlər davam edir. Artıq türkmənlər üçün son dərəcə strateji əhəmiyyətə malik olan Qızıldağ İran, Rusiya və Əsəd qüvvələri tərəfindən ələ keçirilib. Qızıldağın müdafiəsi zamanı türkmən komandir Zəkəriyyə Abdullah şəhid olub.

Kəndləri bombardıman edilən türkmen ailələr isə əşyaları ilə birlikdə etibarlı bölgələrə köçür. Türkmənlər meşəlik sahədə çadırlar quraraq çox çətin şərtlər altında yaşamağa çalışır.

Türkmen Məclisi başçısı Qızıldağı geri almaq üçün hazırlıqlara başladırlarını bildirib. Məclis başçısı Abdurrahman Mustafa, Bayır Bucaqda Avanlı, Fırınlı və Ramanlı cəbhələrində türkmen müqavimətinin davam etdiyini deyib.

***

Türk Qızılay cəmiyyəti türkmənlərə 6 tır yardım göndərib.

https://www.youtube.com/watch?v=coUB29kPX_c&feature=youtu.be

***

Türkmən dağı uğrunda döyüşən Sultan Abdulhəmid briqadasının  komandiri Ömər Abdullah, dəhşətli hücumla qarşı-qarşıya olduqlarını, Türkiyədən dəstək gözlədiklərini bildirib.

Türkmənlərin yaşadığı bölgəyə istiqamətli hücumlar davam edərkən, Böyük Birlik Partiyası (BBP) başqan köməkçisi Kapitan Qartalın başçılıq etdiyi heyət Bayır Bucaq Bölgəsinə keçib. O, Türkmən dağı uğrunda mübarizə aparan türkmənlərə dəstək olacaqlarını bildirib: “Bu yoldaşlarımız qoca Türkiyə Respublikasından dəstək gözləyir. Türk millətinin duaları əminəm ki, sizinlədir. Yoldaşlarımızı burada 3-5 çapulcuya yem etməməmiz lazımdır. Mən gəldim və burada onlarla bərabərəm. Lazım olsa şəhadət şərbətini onlarla birlikdə içəcəyəm”.

Sultan Abdulhəmid briqadası komandiri Ömər Abdullah 4 ildir bölgədə mübarizələrinin davam etdiyini xatırladıb:

“Əcdadlarımızın bizə əmanət etdiyi torpaqları qorumağa çalışırıq.  Halımızdan küsmürük. Osmanlının nəvəsi, onların əmanətiyik bu torpaqlarda. Hal-hazırda Rusiya təyyarələrinin bombardmanı altındayıq. İran və Livandan gələnqüvvələr də onlara dəstək verir. İnşallah, bizə  əmanət torpaqlarda son damla qanımıza qədər mübarizəyə davam edəcək, bu torpaqları tərk etməyəcəyik. Türkmən dağının hər yerində varıq. Türk bayrağı burada qürurla dalğalanır “.

Ömər Abdullah baş verənlərə Türkiyənin səssizliyini anlamadılqarını bildirib:

“Biz Türkiyə sərhədinin bir addımlığındayıq. İran, Rusiya min kilometrlərlə uzaqdan gəlib bizimlə döyüşür. Biz də Türkiyədən, türk qardaşlarımızdan dəstək gözləyirik. Misket bombaları başımıza yağır. Bizim kimsemiz yoxdur. Hər cür dəstəyə ehtiyacımız var. Bu bombardmanlara can dayanmaz. Bura ikinci Çanaqqaladır. Türkiyənin niyə bizi yalnız buraxdığını anlaya blmirik”.

https://www.youtube.com/watch?v=q843w3q1yQQ

https://www.youtube.com/watch?v=Lr7IYsIJZ2Q

turkmen-suriya1

azadliq.info