AXCP Naxçıvan fəallarının həbsilə bağlı bəyanat verdi

axcpÖlkədə iqtisadi böhran dərinləşdikcə və cəmiyyətdə sosial narazılıqlar genişləndikcə hakimiyyət islahatlar həyata keçrimək, mövcud problemləri həll etmək əvəzinə qanunsuz həbslər yolu ilə xofu artırmağa, fərqli fikirləri boğmağa, siyasi rəqibləri zorakı yollarla zəiflətməyə çalışır. Xüsusi ilə son zamanlar MTN-dəki cinayətkar şəbəkənin ifşa olunan fəaliyyəti hakim komandanın ən yüksək səviyyədə kriminallaşdığını, zorakılığın, korrupsiya və qanun pozuntularının dövlət siyasətinə çevrildiyini göstərir. Belə bir şəraitdə AXCP fəallarına qarşı həyata keçrilən qanunsuz həbs və şərləmə kampaniyası diqqəti hakim komandanın cinayətkar əməllərindən yayındırmağa, cəmiyyətin üzləşdiyi sosial iqtisadi böhranı həll etməkdə səriştəsizlik göstərənlərin yarıtmaz fəaliyyətinə görə məsuliyyətini unutdurmağa xidmət edir.

Noyabrın 17-də Naxçıvanda AXCP üzvü Zeynalabdin Bağırzadə heç bir əsas olmadan şərlənərək həbs olunub. Öyrədilmiş şəxs tərəfindən təhqir olunduğu üçün Babək rayon prokurorluğuna müraciət etsə də, müvafiq tədbir görülmək əvəzinə, Zeynalabdin Bağrzadənin özü barəsində vəzifəli şəxsə müqavimət ittihamı (CM-in 315.1 maddəsi) ilə 3 ay həbs-qətimkan tədbiri seçilib. Zeynalabdin Bağrzadə saxlanıldığı müddətdə hüquq mühafizə orqanalarının əmkdaşları tərəfindən ağır fiziki işgəncələrə məruz qalıb, sağlamlığına ziddi zərbə vurulub. Hazırda onunla heç bir əlaqə mükün deyil.

15.11.2015 tarixindən AXCP Şərur rayon şəbəsininn fəal üzvü Nazim Mahmudov Sədərək rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. O üç gün Naxçıvan DİN-in zirzəmisndə saxlanılıb və 8 saatlıq işgəncəyə məruz qalıb. Daha sonra Sədərək rayon polis şöbəsinə gətrilən Nazim Mahmudova da vəzifəli şəxsə müqavimət ittihamı (CM-in 315.1 maddəsi) elan olunub.

Bütün bu baş verənlər hakimiyyətin siyasi sifarişilə həyata keçrilən zorakılıq aktlardır və hüquqdan, qanunlardan siyasi rəqiblərə qarşı cəza vasitəsi kimi istifadə olunduğunu göstərir. Heç bir hüquqi əsas olmadan AXCP fəallarının şərlənərək həbs edilməsi və fiziki işgəncəyə məruz qalması növbəti dəfə hakimiyyətin sivil siyasi rəqabət aparamaqdan qorxduğunu, cəmiyyətdə sosial dayaqlarını tamamilə itrdiyi üçün dövlət səviyyəsində həyata keçrilən zorakılıqla öz ömrtünü uzatmağa çalışıdığını göstərir.

Uzun illər ərəzində müstəqil mətbuata,vətəndaş cəmiyyətinə və siyasi müxalifətə qarşı həyata keçrilən represiyaların bu növbəti halqası onsuz da siyasi fəaliyyətin yasaq olunduğu Naxçıvanda müxalifəti tamamilə sıradan çıxarmaq, hakimiyyət orqanlarının xalqa zid faəliyyətindən narazı olan əhalinin gözünü qorxutmaq məqsədi güdür.

AXCP bəyan edir ki, heç bir siyasi əxlaq normalarına və hüquqa sığımayan bu cür zorakılıq halları hakimiyyəti narazı xalqın qəzəbinə tuş gəlməkdən sığortalamır, əksinə cəmiyyətdə siyasi mübarizə üsullarının qarşsını kəsərək, zorakılığı və qanuna zidd formaları stimullaşdırır. Bu isə cəmiyyətimizn gələcəyi üçün böyük təhlükələr yardır.

AXCP olaraq iqtidarı xalqımızın gələcyini təhlükə altına alan, demokrtik inkişafımıza zərbə vuran, insanlığa zidd qanunzsuz əməllərdən çəkinməyə çağrırıq.

AXCP Naxçıvanda qanunsuz həbs edilən fəallara qarşı ittihama xitam verilməsini və onların sərbəst buraxılmasını tələb edir.