Cənubi Koreya Şimali Koreyanın gələn həftə danışıqlar aparmaq təklifini qəbul edib.
Yüksək rütbəli məmurların görüşü Panmunjom inam kəndində baş tutacaq.
Bu, avqust ayında sərhəddə mina partladılması nəticəsində artilleriya atışmasından sonra gəlir.
Seul deyib ki, o görüşmək barədə əvvəllər bir neçə təklif göndərsə, cavab alınmayıb.
BBC-nin Seuldakı müxbiri Stephen Evans deyir ki, 26 noyabrda baş tutacaq görüşdə hansısa əhəmiyyətli qərarın veriləcəyini gözləməyə dəyməz, amma razılıq tərəflərin xoş niyyətini əks etdirir.
Şimali və Cənubi Koreya 1950-53-cü illərdə Koreya Müharibəsindən sonra texniki müharibə şəraitindədir.
Ölkələr arasında atəşkəs elan edilsə də, barışıq əldə edilməyib.