Bəhruz Bayramovun vəkillik hüququ əlindən alına bilər

BehruzAli Məhkəmənin hakimi Fərhad Kərimov tanımış vəkil Bəhruz Bayramovdan Vəkillər Kollegiyasına şikayət edib. Hakim iddia edib ki, vəkil mətbuatda çıxışlarında onun haqqında təhqiramiz ifadələr işlədib. F.Kərimovun müraciətindən dərhal sonra Vəkillər Kollegiyasının İntizam Komissiyası araşdırmalara başlayıb. Nəticədə Bəhruz Bayramovun vəkillik hüququndan məhrum edlilməsi ilə bağlı Kollegiyaya təqdimat verilib. Yaxın günlərdə bu məsələyə baxılacağı gözlənilir.
Bəhruz Bayramov  «Bizim Yol» qəzetinə açıqlamasında bildirib ki, o hakim Fərhad Kərimovu təhqir etməyib, bu tamamilə absurddur. «Müvəkkilim vicdan məhbusu Pərviz Həşimlinin Ali Məhkəməyə şikayətinə Fərhad Kərimovun sədirliyi ilə baxılıb və aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Bu hadisə MTN-də məlum qrupun işfa olunmasından sonraya təsadüf edib. Pərvizin yaxınlarında, müdafiəçilərində ümid yaranmışdı ki, MTN-də ifşa olunan şəxslərdən tərəfindən şərlənərək həbs olunan Pərviz Həşimlinin işinə ədalətlə baxılacaq. Bu barədə Pərvizin özü və atası Ədliyyə naziri, cənab Fikrət Məmmədova müraciət etmişdilər. Amma gözlənilməz halda Fərhad Kərimov jurnalistlə bağlı hökmü qüvvədə saxladı. Mən də bu qərarı tənqid etmişəm»-deyə B.Bayramovu vurğuladı.
Vəkilin sözlərinə görə o öz peşəsinə daim vicdanla yanaşıb. «Bunu Azərbaycandakı bütün vəkillər, hakimlər bilirlər. Mənim vəkillik hüququndan məhrum etmək kobud qanun pozunutu olar».