XİN ATƏT-in fəaliyyətinin bərpasına “lüzum” görmür

hikmet xin“ATƏT-in Azərbaycanda sonuncu təsisatının adı ATƏT-in layihə əlaqələndiricisi olub və onun da fəaliyyəti başa çatıb. Əlavə faəliyyətinin bərpasına ehtiyac və lüzum yoxdur”, bunu BBC Azərbaycancaya Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, hər hansı nümayəndəliklərin və ya layihə əlaqələndiricilərinin yaradılmasında hansısa zərurətdən çıxış edilməlidir. Cənab Hacıyev deyir ki, hazırda Azərbaycanın indiki inkişaf şəraitində “belə bir ofisə ehtiyac görülmür”.

“Azərbaycan suveren dövlətdir və öz ərazisində hər hansı bir təsisatın yaranması ilə bağlı qərar qəbul etməkdə tam sərbəstdir”, XİN sözçüsü bildirir.

ATƏT Parlament Assambleyasının prezidenti Ilkka Kanerva ATƏT-i Azərbaycanda ofisini yenidən açmağa çağırıb.

ATƏT Daimi Şurasının iclasın zamanı çıxış edən cənab Kanavera ATƏT-in yerlərdə daha çox nümayəndəlik açmalı olduğunu deyib və ATƏT-i Azərbaycan və Gürcüstanda nümayəndəliklərini yenidən açmağa çağırıb, APA xəbər verir.

ATƏT-in Bakıdakı Missiyası 1999-cu ildə yaradılıb və 2000-ci ildən 2013-cü ilədək fəaliyyət göstərib.

Ancaq iki il əvvəl Azərbaycan hökuməti ofisin mandatını uzatmaqdan imtina edərək, onu nümayəndəlik statusuna endirib. 2015-ci il iyunun 4-dən etibarən Bakıda ATƏT-in layihə əlaqələndiricisi postu ilə bağlı memorandumu başa çatıb.

Bundan başqa, ATƏT DTİHB sentyabrın 11-də Azərbaycanda baş tutan 1 noyabr seçkilərini müşahidə etməyəcəyi barədə qərar açıqlayıb.

Azərbaycan XİN quruma məktub ünvanlayaraq bildiri ki, qurum bu qərarı məsləhətləşmə aparmadan verib və mandatını “kobud şəkildə pozub”.