Olland göstəriş verdi

hollandeFransa, İŞİD-ə qarşı hava əməliyyatlarını artıracaq. Müdafiə Şurasının toplantısında belə bir qərar qəbul olunub. Xəbərdə Fransa prezidenti Ollandın ölkəsinin İŞİD-ə qarşı Suriya və İraqda apardığı hava əməliyyatlarının intensivləşdirilməsi əmri verdiyi bildirilir.

Müdafiə naziri Jean-Yves Le Drian, qərara uyğun olaraq Charles de Gaulle təyyarədaşıyan gəmisinin Suriyadakı hava əməliyyatlarına dəstək vermək üçün həftəsonu bölgədə olacağını açıqlayıb.

Basra Körfəzinə getməsi gözlənilən Charles De Gaulle gəmisi 24 döyüş təyyarəsi ilə təmin edilib. Fransanın hazırda Birləşmiş Ərəb Əmirlikləri və İordaniyada 12 döyüş təyyarəsi var.

 

azadliq.info