ABŞ dövlət katibi Con Kerri İŞİD-in neft qaçaqmalçılığından danışıb və bunun durdurulmasının əsas şərt olduğunu bildirib. Kerri, İŞİD-in bu yolla yüz milyonlarla dollar qazandığını bildirib: “Son bir neçə gündə İŞİD-in gerçək mənada pul qaynağı olan neft qaçaqmalçılığı üzərinə gedirik. Artıq İŞİD-ə məxsus 161-dən çox neft tankerini məhv etmişik. Bu mübarizə İraq və Türkiyə üzərindən təşkil edilən neft qaçaqmalçılığını durdurana qədər davam edəck. Çünkü İŞİD-bu yolla yüz milyonlarla dollar qazanır”,- deyə Kerri bildirib.
azadliq.info