“MTN işi” Etibar Pirverdiyevi də “bitirir?”

e-pirverdiyev2Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev Baş Prokurorluğa çağırılaraq dindirilib. Bu barədə qaynar.info saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Etibar Pirverdiyev qudası Əli Abbasovla bağlı dindirilib.

Adı bu günə qədər dəfələrlə qaranlıq işlərdə hallanmış “Azərenerji” ASC-nin rəhbərinin fəaliyyəti də araşdırılır. Onun külli miqdarda dövlət vəsaitini mənimsəməkdə, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunacağı deyilir.

Ümumiyyətlə Etibar Pirverdiyevin “vurulacağı” ilə bağlı xəbərlər uzun müddətdir ki, mətbuatın gündəmindən düşmür. Hakimiyyətin yüksək dairələrində etibarını itirən “Azərenerji” rəhbərinin tezliklə vəzifəsiz qalacağı deyilir. Iddialara görə, onun rəhbərlik etdiyi qurum ləğv olunacaq, özü isə işsiz qalacaq.

Əli Abbasov oğlu Eldar Abbasovu Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva ilə evləndirib. Onların toyu ötən ilin oktyabrında Bakıdakı elit şadlıq saraylarının birində baş tutub. Əli Abbasovun oğlu ABŞ-da təhsil alıb. Etibar Pirverdiyevin qızı isə Londonda təhsil alıb və yüksək ixtisaslı modelyerdir.

Azərenerji” ASC-nin mətbuat xidmətindən isə “Azadlıq”a yayılan məlumatın həqiqətə uyğun olmadığını bildiribilər.