ABŞ Mərkəzi Bankının (FED) 27-28 Oktyabr iclasının protokolları açıqlanıb.
İclasda iştirak edən rəsmilərin çoxu dekabrda faiz artırımının uyğun olduğunu bildirib.
Faiz artımının mərhələli olması istiqamətində fikir birliyi əldə olunub.
Protokollarda xarici risklərin azaldığı ifadə edilib. Dekabr ayına işarə edilsə də, faiz artırımının məlumatlara bağlı olacağı da vurğulanıb.
Protokollarda, “Hələ ki, heç bir qərar qəbul olunmamış olsa da, növbəti iclasda normallaşma prosesinin başlaması uyğun olar” deyilir.
FED-in faizləri 0-0,25% aralığındadır. İlin son iclasının qərarı 16 dekabrda açıqlanacaq.
Qeyd edək ki, faizlərin artırılması ilə dolların daha da bahalaşacağı gözlənilir (marja.az).