Cəhalətin cəzası daha ağır və amansız olur

sahbaz-xudupglu-yeniTanınmış naşir Şahbaz Xuduoğlu son dövrlər ölkdə baş verən proseslər, xüsusən də MTN-lə bağlı yaşananlar konteksində fikirlərini paylaşıb. Şahbaz Xuduoğlunun Facebo0k səhhifəsindən paylaşdığı qeydləri təqdim edirik:

“Geçən il dekabr ayında ölkənin bütün komitə və nazirliklərinin, böyük özəl təşkilatların rəhbərlərinə kitab hədiyyə etdim. Hədiyyənin yanında “alınan yaxud verilən hədiyyələrə kitabı da qatın” məzmununda bir məktubda qoymuşdum. Bir il ötməsinə baxmayaraq o çağırışa heç yerdən cavab gəlmədi. Bir ölkədə ki, kitaba yer yoxdur orada Eldar Mahmudov yaxud Covdarovların olması çox təbiidir. Həm də çox məntiqidir. Hansı ölkənin həyatında kitab yoxdur, o ölkə cinayətin içindədir. Keçən il kitab göndərdiklərimə deyirəm gözlərinizi açın, dünyaya baxın, nə baş verdiyini və niyə baş verdiyini təhlil edin. Elə düşünməyin ki, kitab yalnız məhbəsdə oxunar, əksinə, kitablar kabinetlərdə oxunmalıdır. Eldar Mahmudov cinayətkar deyil, o cəhalətin faciəsidir. Cəhalətin yaratdığı faciənin qəhrəmanıdır”.