“Əsəd getməyincə, İŞİD-in məhvi mümkün olmayacaq”

obama-nuklersammit14“Bəşər Əsəd hakimiyyətdən getməyincə, İŞİD-i tam məhv etmək mümkün olmayacaq”. Belə bir bəyanatla ABŞ prezidenti Barak Obama çıxış edib.

“Suriyada siyasi nizamlanma olmayınca, terrora qalib gəlmək mümkün olmayacaq. Əsəd hakimiyyətdə olduğu müddətdə isə siyasi nizamlanma mümkün deyil”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd İtaliya mətbuatına müsahibəsində terrorçulara qalib gəldikdən iki il sonra istefaya gedə biləcəyini bildirib. “Terrorçuların əksər rayonlara nəzarət etdiyi müddətdə siyasi nöqteyi-nəzərdən nəticələr əldə etmək mümkün deyil”, – deyə o vurğulayıb (apa).

Suriya prezidenti Bəşər Əsəd isə İŞİD üzərində qələbə əldə olunmayana qədər öz istefasını istisna edib.

Bu haqda o İtaliyanın Rai telekanalına məlumat verib. Prezidentin sözlərinə görə, Suriyanın bir çox ərazilərinə terrorçuların nəzarət etdiyi bir zamanda siyasi sahədə heç bir irəliləyiş ola bilməz. Əsəd terrorçular sözü altında təkcə İŞİD-çiləri deyil, hökümət qüvvələrinə qarşı çıxan silahlanmış müxalifəti də nəzərdə tutub. “Bunu istənilən ölkəyə aid etmək olar – pulemyotlardan atəş açanları müxalifət saymaq olmaz ”, – deyə Suriya prezidenti bildirib.

Əsəd əmindir ki, İŞİD üzərində qələbədən sonra, bir iki il kifayət edəcək ki, yeni konstitusiyanın qəbulu, referendum və ya partlament seçkiləri yolu ilə hakimiyyət dəyişsin. Eyni zamanda o prezident seçkilərində özünün də iştirak edə biləcəyini bildirib.

“Bu məsələdə heç bir qaranlıq məqam yoxdur. Əgər suriyalılar tərəfindən yenidən seçilsəm onları yaxşı gələcək gözləyir”, deyə Əsəd öz fikirlərini ifadə edib. Prezident qeyd edib ki, onun hakimiyyətdə seçkilərsiz qalması siyasi səhv ola bilər.