Strasburqda Dünya Demokratiya Forumu işə başlayıb

aspa12Bu gün Fransanın Strasburq şəhərində Dünya Demokratiya Forumu öz işinə başlayır. 2012-ci ildən təşkil edilən forum bu il “azadlıq və yoxlama” adı altında baş tutacaq. Tədbirdə 50-ə yaxın ölkədən 1500 adamın iştirak edəcəyi gözlənilir. Tədbirə Avropa Şurası Başçısı Anne Brasseur, Baş katib Torbyorn Yaqland, İnsan Hüquqları üzrə Komissar Nils Mujnieks də qatılacaq.

Forumda “təhlükəsizlik və azadlıqlar arasında tarazlıq necə olmalıdır” sualına cavab axtarılacaq.

Tədbirdə təhlükəsizlik, azadlıq, irqçilik, zorakılıq, ekstremizm, iqtisadiyyat, insan hüquqları, miqrasiya, dinlər arası dialoq kimi mövzularda müzakirə olunacaq.

 

azadliq.info