Səfir ABŞ-Azərbaycan əlaqələrindən danışdı

robert-sekuta«Əsas müzakirə mövzularından biri də insan haqları və demokratiyadır»

“ABŞ-ın bir sıra ölkələrlə terrorizmlə birgə mübarizə aparmaq təcrübəsi var”,- ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərin suallarına cavabında deyib.

Səfir bildirib ki, Birləşmiş Ştatlarda baş vermiş məlum 11 sentyabr hadisələrindən dərhal sonra mərhum prezident Heydər Əliyev ABŞ-a terrorizmlə mübarizə üzrə əməkdaşlıq təklif etdi və o zamandan Azərbaycanla ABŞ bu cəbhədə birgə, çiyin-çiyinə mübarizə aparırlar.

“Ümumilikdə, belə qiymətləndirmə apara bilərəm ki, ölkələrimizin təhlükəsizlik sahəsindəki əməkdaşlığı çox uğurludur. Bildiyiniz kimi, Antalyada G20 tədbiri keçirilib və oraya prezident Ilham Əliyev də dəvət olunub. Tədbirin əsas diqqət çəkdiyi mövzulardan biri də terrorizm, onun səbəbləri və ona qarşı mübarizədir. Burada istər ona qarşı hərbi gücdən və digər güc vasitələrdən istifadə olunması, istərsə də onu doğuran səbəblər və insanların terrorizmə bir həll yolu kimi baxması və terrorizmə cəlb olunmanın qarşısının alınması da ətraflı şəkildə müzakirə olunub”,- R.Sekuta qeyd edib.

O, “Turan”ın sualının cavabında deyib ki, ABŞ-dan Azərbaycana yüksək səviyyəli səfərlər olur və gözlənilir.

“Buna missal kimi ötən həftə Hərbi Dəniz Qüvvələri komandanının Azərbaycana səfərini, prezident Əliyev və müdafiə naziri ilə görüşünü qeyd edə bilərəm. Gələn həftə isə ABŞ-dan olan ticarət missiyasının və yüksək vəzifəli şəxslərin Azərbaycana səfəri gözlənilir. Hansı nümayəndə heyətinin gəlməsindən asılı olmayaraq iki ölkə arasında ümumi əlaqələrə toxunurlar. Bəzən xüsusi sahələrə də diqqət ayrılır. Deyək ki, iqtisadi, ticarət, təhlükəsizlik məsələləri”, – o vurğulayıb.

Səfir deyib ki, kimin Azərbaycana gəlməəsindən asılı olmayaraq iki ölkənin əməkdaşlıq etdiyi 3 əsas sahə – insan haqları və demokratiya, təhlükəsizlik, iqtisadiyyat sahəsində müzakirələr aparılır.ÿ

“Biz müxtəlif şəxslərin və nümayəndə heyətlərinin gəlişi zamanı ölkələrimiz arasında bütün sahələr üzrə irəliləyişin əldə olunmasına çalışırıq. Bu istiqamətdə söhbətlət aparıb, addımlar atırıq. Əsas müzakirə mövzularından biri də insan haqları və demokratiya sahəsidir ki, bu da daim diqqətdə saxlanılır”. Bunu R.Sekuta dövlət katibinin müavini Viktoriya Nulandın ötən il Azərbaycana səfəri zamanı demokratiya və insan haqları sahəsində birgə hökumətlərarası komissiyanın yaradılması ilə barədə əldə edilmiş razılığın nə vaxt reallaşdırılacağı ilə bağlı “Turan”ın sualının cavabında bildirib.