Parisdə atışma: 3 ölü VİDEO

Polis iki şübhəlinin öldürüldüyünü açıqlayıb. Onlardan birinin canlı bomba olduğu və özünü partldığı bildirilir. Fransız mediası daha üç nəfərin isə həbs olunduğunu bildirir.

***

Parisin şimalındakı Sen-Deni rayonunda polisin səhər tezdən keçirdiyi əməliyyat zamanı atışma olub.
BFM televiziya kanalına məlumat verən polis, terrorla mübarizə qruplarının qatıldığı əməliyyatın hədəfinin Parisdəki hücumlarda iştirak etdiyi bildirilən iki terroristin və hücum əmrini verən Abdelhamid Abaaoud adlı şübhəlinin tutulması olduğunu bildirib.

Atışma zamanı iki polis əməkdaşı yaralanıb.

 

azadliq.info