Danimarkada terror həyacanı yaşanır. Paytaxt Kopenhagendə yerləşən beynəlxalq hava limanının əsas terminalı insanlardan boşaldılıb. Buna səbəb terminalda şübhəli bir paketin aşkarlanmasıdır. Hazırda hava limanına işləyən bütün metro qatarlarının hərəkəti dayandırılıb. Hadisə yerinə bomba zərərsizləşdirən mütəxəssislər, xilasetmə dəstələri və polis qüvvələri gətirilib.
azadliq.info