İŞİD necə maliyyələşir?

ishid-1Dünyanın ən varlı silahlı qruplaşması olan IŞID maliyyəni hardan və necə əldə edir? BBC-nin apardığı araşdırmadan məlum olur ki, təşkilatın büdcəsi aşağıdakı mənbələrdən formalaşır.

  1. Ianələr

Yaxın Şərqdəki, xüsusilə də Səudiyyə və Qətərdəki varlı fərdi donorlar, həmçinin Islam xeyriyyəçiləri ilkin gəlir mənbələridir. Sünni xeyriyyəçilər pullarını Islamın ələvilik təriqətinə məxsus olan Suriya prezidenti Əsədin devrilməsi üçün ayırırlar. Qruplaşma özü də hazırda özünü əsaslı şəkildə maliyyələşdirə bilir.

  1. Neft

ABŞ Maliyyə Nazirliyinin 2014-cü ilə olan hesablamalarına görə, IŞID xam neftin və neft məhsullarının yerli vasitəçilərə satışından həftədə bir neçə milyon dollar, ümumilikdə isə 100 milyon dollar əldə edir. Vasitəçi öz növbəsində bu nefti qaçaq yolu ilə Türkiyə və Irana, yaxud Suriya hökumətinə satır. Lakin neftlə bağlı infrastruktura hava zərbələrinin endirilməsi buradan gələn gəliri azaldıb.

  1. Adam oğurluğu

Adam oğurluğu IŞID-ə 2014-cü ildə girov pulları şəklində 20 milyon dollar gəlir gətirib. IŞID-dən qaçaq düşmüş bir nəfərin dediyinə görə, bu təşkilatda adam oğurluqlarını həyata keçirən və Kəşfiyyat Aparatı adlanan bütöv bir departament fəaliyyət göstərir. Bu departament əcnəbi jurnalistləri onlar ayaqlarını Suriya sərhədinə yaxın şəhərlərə qoyduqları andan hədəfə alır.

Təşkilat adam oğurluğundan həmçinin təbliğat aləti kimi istifadə edir.

  1. Quldurluq və qarət

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, IŞID özünün tam və qismən nəzarətində olan ərazilərin sakinlərindən hər ay bir neçə milyon dollar pul alır. Ödənişlər IŞID ərazisindən keçənlərdən, burada biznesi olanlardan və ya sadəcə olaraq burada yaşayanlardan xidmətlər və ya ?mühafizə? müqabilində alınır. IŞID həmçinin banklara basqınlardan, qədim əşyaların talan və satışından, mal-qara və ya kənd təsərrüfatı məhsullarının oğurluğundan da qazanır.

  1. Azlıqlar üzərinə qoyulmuş “cizyə” vergisi

Dini azlıqlar xüsusi vergi növü olan ?cizyə? ödəməyə məcbur edilirlər. Bu barədə IŞID-in bəyanatı ötən il Iraqın Mosul şəhərindəki məscidin minbərindən elan edilib.

Bu bəyanatda xristianlardan ya Islamı qəbul etmək, ya cizyə ödəmək, ya da şəhəri tərk etmək tələb olunurdu: “Biz onlara üç seçim veririk: Islam, cizyə ödəndiyini təsdiq edən zimmi müqaviləsi və əgər bunlardan imtina etsələr, boyunlarını üzəcək qılınc?.

  1. Quldarlıq

Qruplaşma həmçinin oğurlanmış qız və qadınları kölə kimi satmaqdan da pul əldə edir. Yezidi azlığın dediyinə görə, Islam Dövləti Iraqın şimalındakı Sincar şəhərini tutanda, onların minlərlə qadınlarını və gənc qızlarını əsir alıb və bunların bir çoxundan kölə kimi istifadə edilib.

Hannan adlı yezidi qadın IŞID əsirliyindən qaçdığını deyib. O, BBC-ə bildirib ki, 200 başqa qadın və qızla birlikdə qul bazarına aparılıb. Orada IŞID-çilər gəlib qadınları seçib alırmışlar.