“Azərbaycan Dəmir Yolları” QSC-nin şöbə müdiri həbs edildi

ADY“Azərbaycan Dəmir Yolları” QSC-nin vəzifəli əməkdaşı tutulub.

Xəbərə görə, QSC-nin Yol Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri, 53 yaşlı Emin Rzayev çalışdığı şöbəyə məxsus 50 kiloqrama yaxın kimyəvi təmizləyici vasitəni qeyri-qanuni şəkildə satan zaman polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

“Report”