“Yeni hücum təhdidləri alırıq”

ValsFransa baş naziri Manuel Valls, öəkəsinə qarşı terror təhdidlərinin davam etdiyini, bu baxımdan təhəlükəsizliyin təmin edilməsi üçün bəzi məhdulaşdırıcı addımlar ata biləcəklərini açıqlayıb: “Yeni bir hücumun ola biləcəyini hər kəsin anlaması lazımdır. Bununla bağlı təhdidlər alırıq. Buna baxmayaraq terrorizmlə hər cür mübarizəyə hazırıq”.

Valls, Fransanın artıq bir savaş halında olduğunu da bildirib: ” Hazırda bir savaş halındayıq. Bu baxımdan təhlükəsizliyin təmin edilməsi üçün bəzi azadlıqları məhdudlaşdırmaq məcburiyyətində qala bilərik”.

Baş nazir terrorla mübarizəni gücləndirmək üçün prezident Ollandın gələn həftə Vaşinqton və Moskvaya səfər edəcəyini də bilidirb.

 

azadliq.info