Vergilər Nazirliyindən “obyekt” açıqlaması

vergiler-nazirliyiVergilər Nazirliyi Bakı şəhərindən bir-birinin ardınca obyektlərin boşalmasına münasibət bildirib.

“Marja”nın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında vergilər nazirinin müavini Natiq Əmirov bildirib ki, obyektlərin boşlaması icarədarların dəyişməsilə əlaqədardır.

“Bizdə olan uçot məlumatlarına görə, açılan obyektlərin sayı bağlanan obyektlərin sayından çoxdur. Biz bu məlumat bazasını istənilən jurnalistə açmağa hazırıq”.