Bakıda Rusiya səfirliyinə məxsus avtomobil qəzaya uğrayıb.
Lent.az-ın məlumatına görə, Rusiya Federasiyasının Bakıdakı səfirliyinin 3-cü katibi Volf Sergey Vladimiroviçin idarə etdiyi “Nissan”la 1989-cu il təvəllüdlü Mahir Xəlilovun sürdüyü “Ford” toqquşub. Nəticədə hər iki avtomobil yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.