aydin eliyev

Gömrüyün 248 milyon borcu qaldı

aydin eliyevBu ilin yanvar-oktybar aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 1 milyard 342 milyon 84.55 min manat vəsait köçürülüb.

“Marja” Komitəyə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% azdır. Gömrük ötən ilin 10 ayında büdcəyə 1 milyard 219 milyon 19.48 min manat vəsait köçürmüşdü.

Bu ilin Oktyabr ayında gömrük rüsumu üzrə 33 milyon 880 min manat, ƏDV üzrə 92 milyon 324 min manat, aksizlər üzrə 6 milyon 227 min manat, yol vergisi üzrə 1 milyon 852 min manat vəsait yığılıb.

Gömrük Komitəsinin xətti ilə Oktybar ayında büdcəyə 134 milyon 283 min manat vəsait daxil olub. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 9,2% çoxdur.

2015-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 milyard 590 milyon manat vəsaitin daxil olması planlaşdırılıb. Gömrüyün büdcəyə təxminən yığmalı olduğu 248 milyon manat vəsait qalıb.