Avropa Birliyi (AB) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Yüksək Nümayəndəsi Federica Mogherini, Fransanın AB ölkələrindən hərbi dəstək istədiyini açıqlayıb. Mogherini bunun AB ilə Fransa arasında imzalanan Lissabon razılaşmasının 42-ci maddəsinin 7-ci bəndinə uyğun olduğunu bildirb.
Mogherini bu haqda Brüsseldə keçirilən AB müdafiə nazirləri toplantısının ardından Fransa Müdafiə naziri Jean Yves Le Drian ilə təşkil olunan ortaq mətbuat konfransında bildirib:
“Yalnız Fransa hücuma məruz qalmadı, bütün Avropa hücuma məruz qaldı. Bu yalnız Avropa mədəniyyətinə deyil, bütün dünya mədəniyyətin qarşı bir hücumdur. Bu gün Fransa Avropanın digər ölkələrindən gözlədiyi dəstəyə birmənalı cavab aldı. AB müdafiə nazirləri yekdilliklə Fransaya tam dəstək verməyə hazır olduqlarını bildirdilər. Bu, yardım və dəstək qərarıdır. Ortaq işə davam edəcəyik”,- deyə Mogherini bildirib.
azadliq.info