Putin G20 iştirakçılarını İŞİD-i maliyyələşdirməkdə ittiham etdi

putinAntaliyada baş tutan G20 toplantısında çıxış edən Rusiya prezidenti Putin, İŞİD-lə bağlı gözlənilməz ifadələr işlədib. Putin, G20 sammitinə qatılan dövlətləri İŞİD-i maliyyələşdirməkdə ittiham edib: “İŞİD 40 ölkədən maliyyə dəstəyi alır. Bu ölkələr arasında G20 üzvləri də var”,- deyə Putin bildirib.

Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov da maraqlı açıqlamalarla yadda qalıb. Peskov Putinin Obama ilə görüşünün dönüş nöqtəsi olmadığını, fikir ayrılıqlarının olduğu kimi qaldığını bildirib: “Barak Obama ilə 20 dəqiqəlik görüşün ikitərəfli əlaqələrdə dönüş nöqtəsi olmasını gözləmək həqiqətdən uzaqdır. İki ölkə arasındakı fikir ayrılıqları olduğu kimi davam edir”.

 

azadliq.info