JP Morgan: Dollarda “ralli” 6 ay sürə bilər

dollarJP Morgan Chase (Cİ-pi Morqan) ABŞ Mərkəzi Bankı Fed-dən gözlənildiyi kimi, Dekabr toplantısında faiz artırımı olması halında dollarda “rallinin” (bahalaşmanın) daha 6 ay davam edəcəyi proqnozunu verib.

JP Morgan-ın valyuta əməliyyatları üzrə direktoru John Normand dolların gələn ilin ortalarında zirvəyə çıxacağını proqnozlaşdırıb.

Dünyanın ən iri valyuta əməliyyatı aparan banklarından biri olan JP Morgan-ın ilə bərabər, Deutsche Bank və Barclays da dolların ABŞ-ın pul siyasətini sərtləşdirməsi ilə əlaqədar olaraq dolların yüksəlməsini gözləyirlər.

Dollar, ABŞ-dakı 271 minlik güclü kənd təsərrüfatı xaric məşğulluq göstəricisi ilə bu ay təxminən 1.6% bahalaşıb.

Qeyd edək ki, Dollar Manat qarşısında da bahalaşır. Dünyada dolların bahalaşması Azərbaycan Manatının da məzənnəsinə ötürülür.

“Mərkəzi Bank tərəfindən məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi çərçivəsində həyata keçirilməsi ilə əlaqədar beynəlxalq valyuta bazarında avro/ABŞ dolları məzənnəsində baş verən gündəlik dəyişikliklər qismən milli valyutanın məzənnəsinə ötürülür”,- Azərbaycan Mərkəzi Bankı bildirmişdi.

Dolların bahalaşması 6 ay davam edərsə və bu, həmin dövrdə də Manatın məzənnəsinə ötürülərsə, qarşıdakı dövrdə Manatın dollar qarşısında xeyli “öləcəyini” gözləyə bilərik.

Qeyd edək ki, 16 Noyabrda Dollar/manat məzənəsi 1.0506-ya qalxıb.

 

(marja)