“İŞİD-ə qarşı amansız olacağıq”

hollandeFransa prezidenti Fransua Olland, Fransanın savaş halında olduğunu, buna görə də  Suriyadakı əməliyyatları intensivləşdirəcəklərini açıqlayıb.

Olland, məclis və senat üzvlərinin toplantısında belə bir açıqlama verib. Terror aktını törədənləri “qorxaq” adlandıran Olland, hücumun Suriyada planlaşdırıldığını, bəzi fransızların köməyi ilə Belçikadan istiqamətləndirildiyini bildirib.

Fransız demokratiyasının daha çətin düşmənlərə qarşı döyüşərək zəfərlər qazandığını dilə gətirən Olland, İŞİD-ə qarşı amansız olacaqlarını bildirib.

 

 

azadliq.info