Donald Tusk Rusiyanı Suriyaya görə sərt tənqid edib

tusk1Avropa Şurasının prezidenti Donald Tusk Rusiyanı Suriyadakı hərbi kampaniyasını mötədil müxalifətə qarşı yox, İslam Dövləti qrupuna qarşı yönəltməyə çağırıb.

O belə bir bəyanatla noyabrın 15-də 20-lər ölkələrinin Türkiyədə keçirilən sammitində çıxış edib.

O Suriyada İslam Dövləti qrupu ilə mübarizədə ABŞ-la Rusiya arasında əməkdaşlığın çox vacib, həlledici olduğunu bidirib.

O eyni zamanda qeyd edib ki, Rusiyanın Suriyada keçirdiyi hərbi əməliyyatlar yalnız yeni qaçqın dalğasına səbəb olub.

ABŞ-ın rəhbərlik etdiyi hərbi kolaisiya 1 ildən çoxdur ki, İraq və Suriyada İslam Dövləti qrupunun mövqelərini bombalayır.

Suriya isə bu il sentyabrın 30-dan Suriyada ayrıca hava əməliyyatlarına başlayıb. (azadliq.org)