Ana 5 günlük uşağını küçəyə atdı

usaq-sehvPaytaxtda yenicə doğulmuş uşağı küçəyə atıblar.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Binəqədi rayonunda baş verib. Sulutəpə qəsəbəsində sakinlər R.Allahverdiyev küçəsindən bükülü vəziyyətdə olan atılmış 5-6 günlük oğlan uşağı tapıblar.

Yeni doğulan körpə 1 saylı körpələr evinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.