Ağ Evin qarşısında Güneyə dəstək aksiyası FOTO

ABŞ-ın paytaxtı Vaşinqton və ətraf ştatlarda yaşayan, Güney Azərbaycandan olanbir qrup fəal soydaşlarına qarşı İran rejiminin diskriminasiya siyasətinə, güney azərbaycanlıların hüquqlarının pozulmasına diqqət çəkmək üçün Ağ Evin qarşısında aksiya keçirib.

Aksiya iştirakçıları İranın Kanal 2 televiziyasında keçən həftə yayınlanan proqramda Azərbaycan türklərinin təhqir olunmasına etiraz edib, ayrı-seçkiliyə son qoyulmasına çağırıblar.

Güneyli fəallar əllərində üzərində “İranda etnik azərbaycanlılara qarşı  zülmü qınayın”, “Azərbaycanlılara qarşı təqiblərə göz yummayın”, “Həbs edilmiş etnik azərbaycanlılara azadlıq”  kimi şüarlar yazılmış plakatlar tutublar.