britaniya-bayraq

Londonda “Azərbaycan cəmiyyəti” sərt hərəkətə keçdi

Bəhruz Bayat

Təşkilat Azərbaycandakı siyasi dustaqların taleyi ilə bağlı beynəlxalq qurumlarla danışıqlara başlayır

Noyabrın 11-də Böyük Britaniyaın paytaxtı Londonda “Azərbaycan cəmiyyəti”nin rəhbəri Bəhruz Bayatın təşəbbüsü ilə toplantı keçirilib. Toplantıda Azərbaycanda repressiyalar və siyasi dustaqlar məsələsi müzakirə edilib. Bəhruz Bayatın “azadlıq.info”-ya verdiyi xəbərdə bildirilir:

“Biz Azərbaycanda demokatiyanın məhv edilib sıradan çıxarılmasına biganə qala bilmərik. Təəssüf ki, indi orada hakimiyyətdə olan rejim bu xətti tutub və geri çəkilmək niyyətində deyil. Buna görə də Azərbaycandakı siyasi məhbusların, xüsusilə də Xədicə İsmayıl, Seymur Həzi və başqa jurnalistlərin, eləcə də Leyla Yunus, İlqar Məmmədov və digər ictimai-siyasi fəalların taleyi ilə bağlı ciddi narahatlığımızı, onların azad edilməsi tələbini Amnesty İnternational, Birləşmiş Millətlər Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumlar qarşısında qaldıraq. Dəhşətlidir ki, indi repressiyalar sadəcə ictimai fəallara qarşı deyil, hətta onların ailə üzvlərinə qarşı da yönəlib. Bu, artıq siyasi mənəviyyatın pozulmasından başqa bir şey deyil”.

Bəhruz Bayat bu kampaniyaının ötəri xarakter almayacağını bildirib. O, deyib ki, toplantının digər qərarları da var, lakin həmin qərarlar barədə hələ açıqlama vermək fikrində deyil. “Sadəcə bir şeyi xatırlatmaq istəyirəm ki, Azərbaycanda indi iqtidar başında olanlar bizim imkanlarımıza bələddir. Təkcə onu deyim ki, zamanında Heydər Əliyev Londona gələndə cəmi bir neçə saatın içində yüzlərlə azərbaycanlını onun görüşünə cəlb etdik”,- deyə B. Bayat əməkdaşımıza bildirib.

azadliq.info