Dolların bahalaşacağına işarə edən növbəti açıqlama

dollar-hesablar-donduKlivlend Fed Sədri Loretta Mester güclənən ABŞ iqtisadiyyatının faizlərin artırılmasına hazır olduğunu dedi. Sədr faiz artımında mərhələli bir yol getmək lazım olduğuna diqqət çəkdi.

Mester bu il və gələn il artırımın 2.5% – 2.75% olaraq reallaşacağını bildirib.

Gələn il FOMC-da səsvermə hüququna malik olacaq Mester inflyasiyanın da Fedin 2%-lik hədəfinə çatacağına əmin olduğunu söylədi. Mester faizlərdə kiçik artımın sərt pul siyasəti anlamına gəlməyəcəyini və bazarlarda iqtisadiyyatının mənzərəsini təsir edəcək bir reaksiyaya səbəb olmayacağını deyib.

Oktyabr ayı məşğulluq hesabatının güclü olduğunu deyən Mester, Noyabr göstəricisinin isə çox güclü olmasını gözləmədiyini deyib. Mester “Avqustdan bəri iqtisadiyyatın müqaviməti və 3-ci rübdəki güclü satışlar müsbət impulsunun davam edəcəyinə işarə edir” ifadəsini istifadə edib.

FOMC-ın növbəti iclası 15-16 Dekabrda Vaşinqtonda olacaq. Oktyabr bəyanatında Fed rəsmiləri məşğulluq bazarında yaxşılaşmanın davam etməsi və inflyasiyanın hədəfə doğru irəliləməsi halında Dekabrda faiz artırımı ola biləcəyi siqnalını vermişdi. ABŞ-da faizlərin artırılmasının dolları daha da bahalaşdıracağı gözlənilir.

 

(marja)