Azərbaycanın Avropa İttifaqı və Avropa Şurasında nümayəndəliklərinin rəhbəri, İslam Əməkdaşlıq Təşkilatının Avropa ttifaqındakı səfiri olmuş Arif Məmmədov səfir rütbəsindən məhrum edilib. Bu barədə ölkə başçısı İlham Əliyev sərəncam verib.
“Arif Zahid oğlu Məmmədov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsindən məhrum edilsin”, – deyə sərəncamda qeyd olunur.



