Əli Abbasov da işdən çıxarıldı

eli-abbasov2Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edilib. Ölkə başçısı İlham Əliyev bu barədə noyabrın 12-də sərəncam imzalayıb.

Əli Abbasovun işdən çıxarılması gözlənilməz deyil. Çünki milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılandan sonra MTN-də başlanan həbs dalğası Rabitə və Yüksək Texnologiya Nazirliyinə də keçmişdi. İlk olaraq Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi Beytulla Hüseynov işdən çıxarılacaq həbs olunmuşdu. Beytulla Hüseynov Eldar Mahmudovun qohumu olduğuna görə, onun həbsinin “MTN işi” ilə bağlı olduğu şübhə doğurmurdu. Daha sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov və “Aztelekom” MMC-nin baş müsahibi Oqtay Rüstəmov həbs edildi. Mətbuat bu həbslərin də “MTN işi” ilə bağlı olduğunu yazdı. Lakin Əli Abbasov bu həbslərdən danışarkən baş verənlərin MTN işi ilə bağlı olduğunu təkzib eləmişdi.

azadliq.info