Bakı gömrüyünün rəisindən Əliyevə çoxsaylı şikayətlər

vusal-novruzov-baki-gomruyuVüsal Novruzov təlaşa düşüb

Yüzlərlə sahibkar Prezident Adminstrasiyasına, o cümlədən şəxsən ölkə başçısı Ilham Əliyevə çoxsaylı teleqramlar vurublar və həmin teleqramlarda onlardan heç bir əsas olmadan rüşvət tələb edən məmurların adları əks olunub.

Bu barədə məlumatı Arqument.az saytı yayıb. Məlumata görə, şikayətlərin daha böyük qismi gömrük orqanlarındandır.  Bildirilir ki, artıq həmin şikayətlər əsasında qeyri-rəsmi yoxlamalara belə start verilib. Şikayət olunan dövlət qurumları içərisində isə özünün “lider” mövqeyi ilə Bakı Şəhər Baş Gömrük Idarəsi fərqlənib.

Məlumata görə, iddia edilir ki, Bakı şəhər Baş Gömrük Idarəsinin rəisi Vüsal Novruzovun qanunsuzluqları ilə bağlı “yuxarılar”a ötürülən təkzibolunmaz faktlar hətta onun himayədarlarını belə şoka salıb.

Odur ki, hazırda Vüsal Novruzovun çətin dönəm yaşadığı iddia olunur. Hətta bu günlərdə Vüsal Novruzova çox yüksək bir dairədən xəbərdarlığın edildiyini iddia edən mənbəmizin sözlərinə görə, bu xəbərdarlıqdan sonra Bakı Baş Gömrük Idarəsi şefinin əl-ayağa düşdüyü söylənilir.