Ağ Ev, prezident Obamanın Türkiyə prezidenti Ərdoğan və baş nazir Əhməd Davudoğluna ayrı-ayrılıqda zəng etdiyini açıqlayıb.
Obamanın danışıqlarda Türk xalqını seçkilər münasibəti ilə təbrik etdiyi və Antaliyada keçiriləcək G20 zirvəsi ilə bağlı fikir mübadiləsi apardığı bildirilir. Liderlər IŞİD-ə qarşı mübarizə, Suriyadakı vəziyyət və sivil Suriya müxalifətinin dəstəklənməsi mövzusunu da müzakirə ediblər. Obama son olaraq, PKK-nın terror hücumlarına son verməsinin lazım olduğunu da qeyd edib.
azadliq.info